Cavid Qurbanov: Azərbaycan Avropa ölkələri üçün etibarlı və ciddi tərəfdaşdır (FOTO)


Digərləri 15 Noy 2018 17:49:00 224 0

Cavid Qurbanov: Azərbaycan Avropa ölkələri üçün etibarlı və ciddi tərəfdaşdır (FOTO)

Vyanada dəmir yolları və rəqəmsallaşma mövzusunda biznes toplantı keçirilib

Bakı. Vyanada Avstriya-Azərbaycan Ticarət Palatasının (ATAZ) təşkilatçılığı ilə “Dəmir yolları və rəqəmsallaşma, Rəqəmsallaşma, böyük datalar və süni intellekt dəmir yolu sənayesini necə dəyişəcəkdir“ mövzusunda biznes toplantısı keçirilib. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, toplantıda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Avstriya Federal Dəmir Yolları (ÖBB) SC-nin sədri Andreas Matthe, Avstriya İqtisadiyyat Palatasının vitse-prezidenti Kristof Matznetter, Avstriya-Azərbaycan Ticarət Palatasının (ATAZ) üzvləri, iş adamları və media təmsilçiləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan “Lanski, Qantsqer və Tərəfdaşları” şirkətinin partnyoru Qabriel Lanski təxminən on il bundan əvvəl əsası qoyulan Ticarət Palatasının iki ölkə arasında həm iqtisadi, həm də mədəni əlaqələrin dərinləşməsində böyük rol oynadığını qeyd edib.