Şükür Astanova Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib


Siyasət 15 Noy 2018 17:26:00 234 0

Şükür Astanova Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib

Prezident İlham Əliyev Şükür Astanova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, Azərbaycan avtomobil yollarının 100 illiyi münasibətilə və Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə Şükür İsmayıl oğlu Astanova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Son.az