Bu dəvət Azərbaycan mədəniyyətinə, teatrına yüksək rəğbətin təzahürüdür


Digərləri 15 Noy 2018 16:23:00 252 0

Bu dəvət Azərbaycan mədəniyyətinə, teatrına yüksək rəğbətin təzahürüdür

2018-ci il noyabr ayının 26-dan 30-dək Rusiya Federasiyasının Yekaterinburq şəhərində Sverdlovsk Dövlət Akademik Musiqili Komediya Teatrının 85 illik yubileyi münasibətilə ''От практики k совершенству" ("Тəcrübədən kamilliyə") adlı Musiqili Teatrların Beynəlxalq Forumu keçiriləcək.

Son.az xəbər verir ki, dünyanın onlarla ölkəsinin teatr xadimlərinin iştirak edəcəyi bu forumda ölkəmizi Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev təmsil edəcək.

Sverdlovsk Dövlət Akademik Musiqili Komediya Teatrının rəhbəri Mixail Vyaçeslavoviç Safranovun rəsmi dəvəti ilə tanınmış rejissor və teatr xadimi 2018-ci il noyabrın 25-dən dekabrın 1-dək Yekaterinburq şəhərində səfərdə olacaq.