"BDUda tələbələr soyuqdan xəstələnir..."


Digərləri 15 Noy 2018 16:30:00 313 0

"BDUda tələbələr soyuqdan xəstələnir..."

Bakı Dövlət Universitetinin auditoriyalarında tələbələr soyuqdan donur. Havalar soyuq keçsə də, universitetin qazanxanaları işə salınmadığından dərslərdə əziyyət çəkirik.

Son.az bildirir ki, bu şikayətlə virtualaz.org-a Ələkbər adlı oxucu müraciət edib. Onun sözlərinə görə, havalar soyuq keçdiyindən tələbələr xəstələnir: "Universitet rəhbərliyi isti otaqlarda oturublar, tələbələrdən xəbərləri yoxdur. Universitetin reytinqini bu üsulla qaldırmaq istəyirlər?", - deyə şikayətçi sual edir.