Lev Spivak: "Libermanın qurduğunu heç kim dağıtmayacaq"


Dünya 15 Noy 2018 16:14:00 225 0

Lev Spivak: "Libermanın qurduğunu heç kim dağıtmayacaq"

Aviqdor Libermanın qurduğunu heç kim dağıtmayacaq.

Son.az xəbər verir ki, bunu Trend-ə "Azİz" Azərbaycan-İsrail beynəlxalq assosiasiyasının rəhbəri Lev Spivak İsrailin müdafiə naziri Aviqdor Libermanın istefa qərarını şərh edərkən deyib.

Onun sözlərinə görə, yaranmış vəziyyətdə A.Libermanın istefası tamamilə gözlənilən idi:

"Təsəvvür edin ki, iki gün ərzində sizin üzərinizə 400-dən çox raket atılır. Həm də hansısa qonşu ölkədən yox, sizin 15 milyon dollar hədiyyə verdiyiniz ölkədən. Bir insan, siyasətçi və xüsusilə də müdafiə naziri olaraq onun fələstinlilərlə atəşkəs qərarından sonra istefa verməkdən başqa variantı yox idi".