Məşqçi: Bakıda intensiv məşqlər kolumbiyalı gimnastların fiziki hazırlığını artıracaq


Digərləri 15 Noy 2018 16:16:00 232 0

Məşqçi: Bakıda intensiv məşqlər kolumbiyalı gimnastların fiziki hazırlığını artıracaq

Bakıda intensiv məşqlər kolumbiyalı gimnastların fiziki hazırlığını artıracaq.

Bakı. Cani Babayeva - Bakıda Milli Gimnastika Arenasında gimnastika üzrə təlim-məşq toplanışlarının keçirilməsi üçün lazımi şərait yaradılıb. Bunu Trend-ə bədii gimnastika üzrə kolumbiyalı məşqçi Alexandra Forero deyib. O, Bakıda təlim-məşq toplanışına iki kolumbiyalı idmançının gəldiyini bildirib: "Onlar Luna Enao və Salome Rikartodur. Bakıya gimnastika çalışmalarının çətinlik səviyyəsini artırmaq üçün gəlmişik ki, buradakı hazırlıq onlara beynəlxalq yarışlarda daha yüksək nəticələr əldə etməyə kömək etsin".