Qulağı kəsilən şəxs məhkəməyə məcburi gətiriləcək


Kriminal 15 Noy 2018 15:51:00 250 0

Qulağı kəsilən şəxs məhkəməyə məcburi gətiriləcək

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən İbrahim İbrahimlinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Son.az oxu.az-a istinadla xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, zərərçəkmiş şəxs - Şahin Əliyev dəfələrlə məhkəməyə çağırılsa da, gəlməyib. 

Məhkəmə onun barəsində məcburi gətirilmə qərarı çıxarıb, lakin zərərçəkmiş şəxsi tapmaq mümkün olmayıb. 

Buna görə məhkəmə onun barəsində təkrar məcburi gətirilmə qərarı çıxarıb.