17 yaşlı qızını Facebookda 9 arvadlı kişiyə satdı


Digərləri 15 Noy 2018 15:46:00 250 0

17 yaşlı qızını Facebookda 9 arvadlı kişiyə satdı

Sudanın cənubundakı Yirol bölgəsində yaşayan 17 yaşlı Nyalong Ngong Deng Jalangı valideynləri Facebook-da satıblar.

Son.az Tuko-ya istinadən bildirir ki, "17 yaşlı, ucaboylu, gözəl, bacarıqlı, bakirə qız satılır!" sloqanı ilə Facebook-da satışa çıxarılmış Nyalonqu 46 yaşlı iş adamı Kok Alat satın alıb.

O, Nyalonq üçün 500 inək, 3 offrouder avtomobil və 10 min dollar təklif edərək hərracda qalib gəlib.

Hərracda Alatın 5 rəqibi vardı. Rəqiblərdən biri Cənubi Sudandakı ştatlardan birinin qubernatorunun müavini Devid Mayom Riak idi.

Riak qıza görə 250 inək təklif etmişdi.


Xəbərə aid fotolar