Tarixçidən "Kələxana" haqqında: "Ermənilər "qızıl var" bəhanəsi ilə türbəni dağıdırdılar"


Kriminal 15 Noy 2018 15:37:00 298 0

Tarixçidən "Kələxana" haqqında: "Ermənilər "qızıl var" bəhanəsi ilə türbəni dağıdırdılar"

Xəbər verdiyimiz kimi, Şamaxı rayonunda yerləşən Kələxana adlanan türbələr kompleksi dağılmaq təhlükəsi ilə üz-üzədir. Olduqca baxımsız vəziyyətdə olan abidənin bərpaya ehtiyacı var.

Məsələ ilə bağlı tarix üzrə fəlsəfə doktoru, Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlilli Son.az-ın suallarını cavablandırıb.

"Kələxana türbələri" abidəsi hazırda dövlət qeydiyyatına alınıbmı?

- Bu türbə yerli əhəmiyyətli abidə kimi dövlət qeydiyyatındadır. Hətta onlardan birinin üzərində,  Mədəniyyət Nazirliyi tərəfindən vurulan lövhə də var. Lakin lövhənin o formada vurulması doğru deyil, çünki türbələrin üstünə metal mıxlamaq, mismarlamaq və onu zədələmək olmaz.

XVII əsr Azərbaycan mədəniyyətinin bir nümunəsi kimi bu türbələrin əhəmiyyəti həmin dövr yazılı mənbələrində necə əks olunub?

- "Səyyah Kornelius de Bruin və Adam Oleari səyahətləri zamanı bu türbələri görüblər. Hətta K.de Bruinin Səyahətnamə adlı kitabında türbənin rəsmləri də var. Həmin kitabda o, türbələrin sayını 9 göstərib, indi də qalıqları ilə birlikdə 9-dur. Arxeoloq yazır ki, birinci türbədə 5 qəbir, ikinci türbədə 3 qəbir var.  

- Demək olar ki, bu türbələr tarixi baxımdan yaxşı öyrənilməyib, tədqiqat aparılmayıb. Yalnız "Azərbaycanı Öyrənən və Tədqiq edən Cəmiyyət"in nümayəndəliyi Şamaxıda olarkən türbə haqda məlumatlar qeyd ediblər. Akademik Dorn isə XIX əsrdə bu türbələr haqqında arayış hazırlayıb. Orada qeyd olunur ki, Ağsudakı Şeyx Dursun xanəgahı ilə Kələxanadakı türbələr demək olar ki, eyni məktəbə aiddir, hətta məzarlar eyni ailəyə məxsusdurlar. 

Abidə dövrünün digər tarixi mədəni nümunələri ilə hansı oxşar cəhətlərə malikdir? Həmçinin fərdi götürüldükdə fərqli xüsusiyyətləri hansılardır?