Riberi üzr istədi


İdman 15 Noy 2018 15:33:00 259 0

Riberi üzr istədi

Bayern Munchen-in yarımmüdafiəçisi Frank Riberi jurnalist Patrik Qiyudan üzr istəyib.

Goal.az "Bild" nəşrinə istinadən xəbər verir ki, jurnalist Münhen klubunun ofisinə dəvət edilib və Riberi burada ondan üzr istəyib. Qiyu məhkəməyə müraciət etməyəcəyini bildirib.

Xatırladaq ki, Almaniya çempionatının 11-ci turunda Bavariya evdə Borussiya-ya uduzub-2:3. Oyundan sonra Qiyu məğulibiyyətə görə Riberini günahlandırıb. Aralarında yaranan mübahisə zamanı futbolçu jurnalistə üç şillə vurub, sinəsinə zərbə endirib.