Ermənistanda yenə ara qarışdı - "İstefa" tələbi var


Digərləri 15 Noy 2018 15:38:00 202 0

Ermənistanda yenə ara qarışdı - "İstefa" tələbi var

Ermənistanda hökumət binasının qarşısında aksiya keçirilir.

Bakı. Ermənistanda hökumət binasının qarşısında aksiya keçirilir. Trend-in erməni KİV-ə istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları Ermənistanın təhsil və elm nazirinin səlahiyyətlərini icra edən Araik Arutyunyanın və müavini səlahiyyətlərini icra edən Ovannes Avannesyanın istefasını tələb edirlər. Aksiya iştirakçıları elm sahəsində dəqiq yanaşmalar, istiqamətlər olmadığını bildiriblər.