Gömrükçülər külli miqdarda zərgərlik məmulatı müsadirə ediblər


Digərləri 15 Noy 2018 15:20:00 217 0

Gömrükçülər külli miqdarda zərgərlik məmulatı müsadirə ediblər

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.

Bakı. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşının əl çantası rentgen aparatında yoxlanılarkən monitorda şübhəli predmetlərin təsviri görünüb. Eyni zamanda, vətəndaşın özü portativ metalaxtaran detektor vasitəsilə yoxlanılarkən cihaz reaksiya verib. Bu səbəbdən vətəndaşın həm əl yükünə, həm də üzərinə təkrar baxış keçirilib.