İranda yağış elə yağdı, 203 nəfər "xəstəxanalıq oldu"


Digərləri 15 Noy 2018 15:13:00 189 0

İranda yağış elə yağdı, 203 nəfər "xəstəxanalıq oldu"

Ötən gün ərzində güclü yağıntılar nəticəsində 203 nəfər təngnəfəslik problemi ilə Xuzistan vilayətində tibbi müalicə mərkəzlərinə müraciət edib.

Bakı. Elnur Bağışov - Ötən gün ərzində güclü yağıntılar nəticəsində 203 nəfər təngnəfəslik problemi ilə Xuzistan vilayətində tibbi müalicə mərkəzlərinə müraciət edib. Trend-in məlumatına görə, bunu Əhvaz Tibb Elmləri Universitetinin ictimai əlaqələr şöbəsinin müdiri Fərhad Həmzəluyi deyib.