Fransada keçirilən İnternet İdarəçilik Forumunda Azərbaycanda innovativ iqtisadiyyatın inkişafından danışılıb (FOTO)


Digərləri 15 Noy 2018 15:04:41 239 0

Fransada keçirilən İnternet İdarəçilik Forumunda Azərbaycanda innovativ iqtisadiyyatın inkişafından danışılıb (FOTO)

Azərbaycan nümayəndə heyəti Fransa hökumətinin YUNESKO-nun baş qərargahında təşkil etdiyi İnternet İdarəçilik Forumunun (İİF) 13-cü illik yığıncağında iştirak edib.

Bakı. Azərbaycan nümayəndə heyəti Fransa hökumətinin YUNESKO-nun baş qərargahında təşkil etdiyi İnternet İdarəçilik Forumunun (İİF) 13-cü illik yığıncağında iştirak edib. Trend-in məlumatına görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizovun rəhbərlik etdiyi nümayəndə heyətinə nazirliyin və BMT-nin İnkişaf Proqramının əməkdaşları daxil olub. Tədbirdə müxtəlif ölkələrin hökumət, biznes nümayəndələri, elm və vətəndaş cəmiyyətinin təmsilçiləri internetlə bağlı aktual problemləri müzakirə ediblər. Forumun əsas məqsədi internet idarəçiliyinə dair bir sıra məsələlərin müzakirəsindən əldə edilən nəticələrlə bağlı ictimaiyyətə tövsiyələr verməkdən ibarətdir.