Bakıda azyaşlını öldürməyə cəhd edən şəxs ekspertizaya göndərildi


Digərləri 15 Noy 2018 14:49:40 226 0

Bakıda azyaşlını öldürməyə cəhd edən şəxs ekspertizaya göndərildi

Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı uşağı öldürməyə cəhddə təqsirləndirilən Mövsüm Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı uşağı öldürməyə cəhddə təqsirləndirilən Mövsüm Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Prosesdə məlum olub ki, M.Bağırov hadisəni anlaqsız vəziyyətdə törədib. Məhkəmə onun barəsində yenidən tibbi-ekspertiza təyin edib.