İrandan gələn Azərbaycan vətəndaşının daxili orqanında narkotik vasitə aşkarlandı


Digərləri 15 Noy 2018 14:53:00 212 0

İrandan gələn Azərbaycan vətəndaşının daxili orqanında narkotik vasitə aşkarlandı

Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Bakı. Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, yoxlama zamanı, zərurət yarandığı üçün vətəndaşın daxili orqanları həkim müayinəsindən keçirilib. Tibbi müayinə nəticəsində, vətəndaşın düz bağırsağından, gömrük nəzarətindən gizlədilən, 1 ədəd sellofan bükümdə 60 ədəd açıq qəhvəyi rəngli üzərində "F/M40" nişanəsi olan metadon adlı dərman preparatları, 18 ədəd qırıntı halında həblər və çəkisi 2,173 qram olan açıq qəhvəyi rəngli toz halında metadon aşkar olunub.