Bakıda sərnişin avtobusu yandı


Digərləri 15 Noy 2018 14:45:00 230 0

Bakıda sərnişin avtobusu yandı

Bakıda sərnişin avtobusu yanıb.

Son.az xəbər verir ki, FHN-dən Trend-ə verilən məlumata görə, Binəqədi rayonunda "Otokar" markalı sərnişin avtobusunun yanar hissələri yanıb.

Yaxınlıqdakı digər avtobus yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.