Kosmosda dövlət quran azərbaycanlı milyarder haqq qoydu


Dünya 15 Noy 2018 14:25:00 251 0

Kosmosda dövlət quran azərbaycanlı milyarder haqq qoydu

Azərbaycan əsilli rusiyalı milyarder, S-300 və S-400 zenit-raket komplekslərini istehsal edən "Almaz Antey" korporasiyasının keçmiş rəhbəri İqor Aşurbəyli tərəfindən elan edilən "Asgardiya" adlı kosmik dövlətin vətəndaşlığına malik olmaq istəyənlər üçün illk haqq müəyyən edilib.

Son.az virtualaz.org-a istinadla xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri yayır.

Məlumata görə Asgardiya vətəndaşlığını saxlamaq istəyənlər hələlik virtual formada mövcud olan bu dövlətin büdcəsinə ildə 100 avro ödəməlidir. Qərarın "Asgardiya parlamenti" tərəfindən böyük səs çoxluğu ilə qəbul edilib. Bu haqda "Asqardiya parlamenti"nin rəhbəri Lembit Öpik bildirib.

"Bu qərar kosmosda məskunlaşmaq yolunda daha bir addım ata biləcəyimizi göstərir. Vətəndaşlıq haqqını ödəsəniz insanlıq üçün yeni nəhəng addımın atılmasına yardım etmiş olacaqsınız"-o deyib.

Qərara görə Asgardiya vətəndaşlığı almaq üçün müraciət edən şəxslər bu müraciətdən sonrakı 30 gün ərzində vətəndaşlıq haqqını ödəməlidir. Hazırda Asgardiya vətəndaşı olanlar isə bu haqqı istədikləri vaxt ödəyə bilərlər. Habelə 2016-cı ilin dekabrından 2018-ci lin oktyabrına qədər Asgardiya dövlətinin qurulması üçün ianə ödəyənlər vətəndaşlıq haqqından azad edilirlər. Vətəndaşlıq haqqını ödəməyənlərin pasportları ləğv ediləcək.