Tbilisidə yaşayış binasında güclü partlayış:


Digərləri 15 Noy 2018 14:27:00 210 0

Tbilisidə yaşayış binasında güclü partlayış:

Gürcüstan paytaxtı Tbilisinin Zemo Poniçala qəsəbəsində yerləşən doqquz mərtəbəli yaşayış binalarının birində güclü partlayış baş verib.

Son.az report.az-a istinadən xəbər verir ki, binanın üçüncü mərtəbəsində səhər saatlarında qeydə alınan partlayışa məişət qazının sızması səbəb olub.

Hadisə nəticəsində ikisi uşaq olmaqla 4 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər. Xəstəxanadan xəsarət alanların vəziyyətinin ağır olduğu bildirilib.


Xəbərə aid fotolar