Boccia idman növü üzrə növbəti turnir keçiriləcək


Digərləri 15 Noy 2018 14:19:00 338 0

Boccia idman növü üzrə növbəti turnir keçiriləcək

Boccia idman növü üzrə növbəti turnir keçiriləcək

Bakı. Noyabrın 22-də Abşeron rayonunda fəaliyyət göstərən Olimpiya Kompleksində "Seni" firmasının dəstəyi ilə, Azərbaycan Milli Paralimpiya Komitəsi və Azərbaycan Boccia İdman Federasiyasının təşkilatçılığı ilə Boccia idman növü üzrə “V SENİ CUP TURNİRİ” keçiriləcək. BOCCİA idman növü Milli Paralimpiya Komitəsi və "Seni" kompaniyasının bilavasitə dəstəyi ilə artıq 5 ildir ki, ölkəmizdə təbliğ olunur. "Seni" firmasının dəstəyi ilə 06 dekabr 2014-cü il tarixdə birinci, 18 dekabr 2015-ci il tarixdə ikinci, 14 dekabr 2016-cı ildə üçüncü və 24 noyabr 2017-ci ildə dördüncü "SENİ CUP" turnirləri keçirilib.