Zaqatalada qızı maşın vurub,


Digərləri 15 Noy 2018 14:02:00 288 0

Zaqatalada qızı maşın vurub,

Zaqatala rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Zaqatala rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az report-a istinadən bildirir ki, hadisə rayonun YuxarıTala kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, Oruc Abdulməcid oğlu Şabanov edarə etdiyi "Naz-Lifan" markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada,Yuxarı Tala sakini, 22 yaşlı Məryəm Nəriman qızı Həmzəyevanı vurub.

Yaralı qadın Zaqatala Mərkəzi Rayon Xəstəxanasına çatdırlıb. Xəstəxanada ona ağır kəllə-beyin travması və beyinin əziyi diaqnozu qoyulub. Onun müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır, vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.