Deputatların gəlir bəyannaməsinin qəbul edilməsi təklif olunub


Digərləri 15 Noy 2018 14:07:59 198 0

Deputatların gəlir bəyannaməsinin qəbul edilməsi təklif olunub

"Milli Məclisin deputatının etik davranış qaydaları haqqında" qanun layihəsinin 10-cu maddəsinə edilən dəyişikliklərə görə, deputat vəzifəsinin icrası ilə əlaqədar ümumi məbləği 55 manatdan yüksək olan hədiyyə qəbul edə bilməz. Mən belə qənaətdəyəm ki, bu məbləğ kifayət qədər azdır. Çünki başqa ölkələrdə bu rəqəm daha böyükdür.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.

O qeyd edib ki, korrupsiya haqqında qanunda bu rəqəmi dəyişməyə, məhz orada həmin rəqəmin artırılması ilə bağlı təklif irəli sürməyə ehtiyac var: "Belə olsa, problem öz həllini tapacaq. Heç bir deputat səlahiyyətlərinin icrası çərçivəsində statusundan öz maraqları üçün istifadə etməməli, xidməti vəzifəsinin icrası ilə maraqları arasında ziddiyət yarandıqda maraqlarından imtina etməlidir. Burada deyilənlər başqa ölkələrdə daha əvvəl sərt şəkildə qəbul olunub. Böyük Britaniyada deputat parlamentin yeməkxanasında xərclədiyi pulun hesabatını verməlidir".