“Maşallah, hansı kanalı açırsan deputatlardan başqa danışan yoxdur”


Digərləri 15 Noy 2018 13:45:00 264 0

“Maşallah, hansı kanalı açırsan deputatlardan başqa danışan yoxdur”

Bəziləri sanki elə qələmə verirlər ki, Milli Məclisdə xalqı düşünən yoxdur. Halbuki  burada xalqın mənafeyinə uyğun yüzlərlə çıxışlar olur. Sadəcə telekanallarımız bunu işıqlandırmır.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentdə çıxışında deyib.

O, bu məsələdə AzTV-dən və İctimai TV-dən narazılığını ifadə edib: "AzTV yalnız komitə sədrlərinin çıxışlarını efirdə verir. Ancaq deputatların çıxışından heç nə vermirlər. Həftədə parlamentlə bağlı 1 saatlıq çıxış verilir. Amma yenə də deputatların nə danışdığı bilinmir.