Kadırov tapançası barədə status yazdı, “blok” edildi
Dünya 15 Noy 2018 13:21:00 245 0
Çeçenistan rəhbəri Ramzan Kadırovun "Instagram" səhifəsi yenidən bloka düşüb. Qeyd edək ki, ötən ilin dekabrında blok edilmiş səhifə yenicə bərpa olunmuşdu.
Son.az oxu.az -a istinadən xəbər verir ki, Kadırov sosial şəbəkədəki ilk postunu tapançasına həsr edib.
"Mənim sənə deyəcək çox sözüm var, dostum. Sən mənim həyatımı və şərəfimi qorumaq üçün düşmənlərə və yaramazlara nə qədər dəqiq "sözlər" demisən. Sən mənə qardaş oldun. Səni mənim övladlarım da sevir", - Kadırov öz postunda yazıb.
Səhifə bağlandıqdan sonra Kadırov öz "Telegram" kanalında bu postu 2017-ci ilin dekabrında yazdığını, lakin dərc etmədiyini bildirib.
Mənbə: milli.az