Başı kəsilmiş kraliçanın daşqaşı satıldı FOTO


Digərləri 15 Noy 2018 13:25:00 283 0

Başı kəsilmiş kraliçanın daşqaşı satıldı  FOTO

Dünən "Sotheby's"in İsveçrənin Cenevrə şəhərində keçirdiyi hərracda Fransanın son kraliçası Mariya-Antuanettaya məxsus olmuş zinət əşyaları satılıb.

Son.az European-a istinadən bildirir ki, satılan əşyalar arasında çox nadir çəhrayı brilyant, brilyant-mirvari, asmalı mirvari boyunbağı və sırğalar var.

Bu zinət əşyaları 200 il gizli saxlandığından ekspertlər hərracı tarixin unikal satışlarından biri sayırlar.

Hərracda satılmış əşyalar arasında İtaliyanın kral sülaləsi Burbonlar-Parmalara məxsus daş-qaş kolleksiyası da vardı.

Ən bahalı predmetlərdən biri Mariya-Antuanettanın mirvarisi idi. Brilyant qaşlarla bəzədilmiş asqı təki hazırlanmış təbii mirvari 2 milyon dollara satılıb. Təbii mirvarilər və brilyantlardan ibarət boyunbağı, habelə mirvari və brilyantla bəzədilmiş sırğalardan hər biri 300 min dollara alınıb.

Mariya-Antuanettanın saç tükü olan möhürlü üzük 20 min dollara alınıb.