PAŞA Bank ADA Universitetinin Təqaüd Proqramına maliyyə dəstəyi göstərəcək (FOTO)


Digərləri 15 Noy 2018 13:17:00 258 0

PAŞA Bank ADA Universitetinin Təqaüd Proqramına maliyyə dəstəyi göstərəcək  (FOTO)

Ölkənin aparıcı korporativ bankı PAŞA Bank ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində universitetin İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutunda təhsil alan və təhsil vaxtı fərqlənən tələbələrə təqaüd verəcək.

Bakı. Ölkənin aparıcı korporativ bankı PAŞA Bank ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində universitetin İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutunda təhsil alan və təhsil vaxtı fərqlənən tələbələrə təqaüd verəcək. Ümumilikdə 2017-2018-ci tədris ili üzrə ADA Universitetində Kompüter Mühəndisliyi, İnformasiya Texnologiyaları və Kompüter Elmləri ixtisasları üzrə təhsil alan 50-yə yaxın tələbənin təqaüdü ADA Universiteti Fondu tərəfindən ödəniləcək. Təqaüd qazanmış gənclərə təqaüd kartlarının və sertifikatlarının təltif edilməsi mərasimi noyabrın 12-də ADA Universitetində baş tutub.