Azərbaycan Parlamentində dil qrupu yaradılmalıdır


Digərləri 15 Noy 2018 13:15:18 212 0

Azərbaycan Parlamentində dil qrupu yaradılmalıdır

Büdcədən Milli Məclisə ayrılan vəsait daha da artırılaraq parlamentin adından hazırlanan sənədlərlə bağlı ayrıca şöbə, dil qrupu yaradılmaldır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov Milli Məclisin xərclər smetası ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı çıxış edərkən deyib.

O bildirib ki, Milli Məclisin adından xarici dillərdə sənədlər hazırlanır: "Həmin sənədlərin hazırlanması işinə rusdilli, ingilisdilli mütəxəssislər cəlb olunmalıdır. Çünki Milli Məclisə bəzən qanunlar, müqavilələr dil, yazı baxımından bərbad halda gəlir. Buna görə də müxtəlif dilləri bilən mütəxəssislər buradan gedən sənədlərin mükəmməl olmasını təmin etməlidirlər".