Buzların altında nəhəng krater tapıldı FOTO


Digərləri 15 Noy 2018 13:07:00 241 0

Buzların altında nəhəng krater tapıldı  FOTO

Amerikalı alimlər Qrenlandiya buzlaqlarının altında nəhəng krater tapıblar. Bu kraterdə Paris və ya Vaşinqton kimi böyük şəhərlər yerləşə bilər.

Son.az Science Advances-ə istinadən bildirir ki, Qrenlandiyanın şimal-qərbindəki Hyavatha buzlağının altındakı nəhəng kraterin Yerə meteor düşməsi nəticəsində yarandığı güman olunur. Kraterin diametri 31 kilometr, dərinliyi 320 metrdir.

Kasa formasında olan sınma xətti NASA alimlərinin diqqətini hələ 2015-ci ildə, buzlaqların fotoları çəkiləndə cəlb etmişdi. Bir il sonra Almaniyadakı Alfred Veqener İnstitutunun əməkdaşları güclü buzqıran radar sistemini havada sınamaq qərarına gəlmişdilər. Onlar təyyarədən baxanda krateri görmüşdülər.


Xəbərə aid fotolar