Millət vəkili: "Azərbaycanda parlament televiziyasının açılmasına böyük ehtiyac var"


Digərləri 15 Noy 2018 12:33:00 194 0

Millət vəkili: "Azərbaycanda parlament televiziyasının açılmasına böyük ehtiyac var"

Azərbaycanda parlament televiziyasının açılmasına çox böyük ehtiyac var.

Son.az Trend-ə istinadən bildirir ki, bunu deputat Tahir Kərimli Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

T.Kərimli qeyd edib ki, parlamentin fəaliyyətinin, o cümlədən iclasların, komitə görüşlərinin, deputatların fəaliyyətinin işıqlandırılması üçün parlament televiziyası vacib olardı.