O, Avropada bu sahədə ilk azərbaycanlı elmlər doktoru oldu


Digərləri 15 Noy 2018 12:26:00 258 0

O, Avropada bu sahədə ilk azərbaycanlı elmlər doktoru oldu

Həmyerlimiz Nuridə Atəşi (Qədirova) Fransanın Lion 2 Universitetində arxeologiya ixtisası üzrə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib.

Son.az xəbər verir ki, alimin "Mərkəzi və Cənubi Qafqazın son tunc-erkən dəmir dövrü Azərbaycanın Xocalı-Gədəbəy mədəniyyəti kontekstində: e.ə. 1300-700-cü yüzilliklər" mövzusuna həsr olunmuş tədqiqat əsəri 12 fəsildən, 394 səhifədən ibarətdir. Müxtəlif ölkələrin universitet və elmi-tədqiqat institutlarının mütəxəssislərindən təşkil olunmuş beynəlxalq jüri tədqiqat işinə yüksək qiymət verib. Alimlər bu tədqiqatın beynəlxalq elm aləmində geniş müzakirələrə səbəb olacağını bildiriblər. Dissertasiya işinin elmi rəhbəri Lion 2 Universitetinin professoru xanım Mişel Kazanova, jürinin digər üzvləri Lion 2 Universiteti və Lion Şərq Arxeologiyası İnstitutunun professoru Erik Tiro, rəyçilər İranın Tehrandakı Tarbiət Modarne Universitetindən Hejebri Nibari, Fransa Milli Təbiət Tarixi Muzeyi və Milli Elmi-Tədqiqat Mərkəzindən doktor Marjan Maşkur, İtaliyanın KaFoskari Venesiya Universitetinin professoru Elena Rova, Lion 2 Universiteti və Lion Şərq Arxeologiyası İnstitutundan dosent Suzan Dibo daxil olublar. Azərbaycandan isə elmi işin müdafiəsində AMEA-nın Naxçıvan bölməsinin professoru Vəli Baxşəliyev iştirak edərək iddiaçının tədqiqatını qiymətləndirib.