PSG Çempionlar Liqasından kənarlaşdırıla bilər


İdman 15 Noy 2018 11:48:00 231 0

PSG Çempionlar Liqasından kənarlaşdırıla bilər

PSG UEFA Çempionlar Liqasından kənarlaşdırıla bilər. 

Goal.az "L'Equipe"ə istinadən xəbər verir ki, buna səbəb Paris təmsilçisinin maliyyə "fair-play" qaydalarını pozmasıdır. 

Daha öncə mətbuatda Fransa klubunun şişirdilmiş sponsorluq müqavilələri barədə məlumatlar yayılıb. 

Bundan sonra isə UEFA Kilian Mbappe və Neymarın transfer detallarını yoxlamaq qərarına gəlib. PSG buna görə İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.  

Qeyd edək ki, PSG Çempionlar Liqasının C qrupunda 5 xalla üçüncü pillədə qərarlaşıb.