SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda yeni qurğular quraşdırılacaq


Digərləri 15 Noy 2018 11:48:40 219 0

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda yeni qurğular quraşdırılacaq

Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) Modernizasiyası və Yenidənqurması Layihəsi çərçivəsində "Larsen&Toubro" şirkətinin Hindistanda yerləşən zavodunda istehsal olunmuş Dizelin Hidrotəmizlənməsi Qurğusunun Reaktoru Heydər Əliyev adına NEZ-ə gətirilib və yaxın vaxtlarda quraşdırılma prosesinə başlanılacaq.

Bakı. Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) Modernizasiyası və Yenidənqurması Layihəsi çərçivəsində "Larsen&Toubro" şirkətinin Hindistanda yerləşən zavodunda istehsal olunmuş Dizelin Hidrotəmizlənməsi Qurğusunun Reaktoru Heydər Əliyev adına NEZ-ə gətirilib və yaxın vaxtlarda quraşdırılma prosesinə başlanılacaq. Reaktorun uzunluğu 32,7 metr, eni 8,4 metr, hündürlüyü isə 6,6 metrdir. Dizelin Hidrotəmizlənməsi Qurğusunun Reaktoru "Larsen&Toubro" şirkətinin Hindistanın Hazira vilayətində yerləşən zavodundan uzun qoşqulu tırlarda Adani limanına və buradan dəniz yolu ilə Rumıniyanın Konstansa limanına gətirilib. Konstansa limanında karqo çay gəmisinə yüklənərək, Volqa-Don kanalı vasitəsilə Bakıya, “Neftqaztikinti” trestinin “Zığ” istehsalat sahəsinə çatdırılıb. Bundan sonra reaktor çoxqoşqulu tırlar vasitəsi ilə Heydər Əliyev adına NEZ-in iş sahəsinə gətirilib.