Azərbaycanda qız nişanından bir gün öncə başqasına qoşulub qaçdı


Digərləri 15 Noy 2018 11:37:53 255 0

Azərbaycanda qız nişanından bir gün öncə başqasına qoşulub qaçdı

İsmayıllı rayonunda kəndlərindən birində (kəndin adı bəlli olsa da, müəyyən səbəblərdən açıqlanmır) məktəb yaşlı qız qaçırılıb.

Son.az publika.az-a istinadla xəbər verir ki, 16 yaşlı qızın kim tərəfindən qaçırıldığı bəlli deyil.

Məlumata görə, bu gün isə onun nişanı olacaqmış. Qız nişanından bir gün əvvəl qaçırılıb.

Kənd sakinlərinin sözlərinə görə, dünən səhər saat 11 radələrində evlərində nişan hazırlığı görülərkən qız qonşuluqdakı bacısıgilə qab gətirməyə gedib. Bir neçə saat keçsə də, o qayıtmayıb. Anası digər qızı ilə əlaqə saxlayıb, onlara getmədiyi məlum olub.