Nobel Oil şirkətlər qrupu regionda ilk dəfə turbin avadanlıqları üzrə təlim həyata keçirib (FOTO)


Digərləri 15 Noy 2018 11:30:00 302 0

Nobel Oil şirkətlər qrupu regionda ilk dəfə turbin avadanlıqları üzrə təlim həyata keçirib (FOTO)

Nobel Oil şirkətlər qrupuna daxil olan Global Energy Solutions (Glensol) şirkəti Azərbaycanda və Cənubi Qafqaz regionunda ilk dəfə turbin avadanlıqları sahəsində təlim və dəyirmi masa təşkil edilib.

Bakı. Nobel Oil şirkətlər qrupuna daxil olan Global Energy Solutions (Glensol) şirkəti Azərbaycanda və Cənubi Qafqaz regionunda ilk dəfə turbin avadanlıqları sahəsində təlim və dəyirmi masa təşkil edilib. Nobel Oil şirkətinin beynəlxalq tərəfdaşlarının ekspertlərinin iştirakı ilə iki günlük tədbirdə müxtəlif təqdimatlar həyata keçirilib və təcrübə mübadiləsi aparılıb. Proqramın məqsədi turbin avadanlıqları sahəsində ölkədə və regionda innovativ texnologiyalarının tətbiqinə töhfə verməkdir. Tədbir çərçivəsində 100-dək iştirakçıya əcnəbi mütəxəssislər tərifindən təqdimatlar nümayiş etdirilib və dəyirmi masa müzakirələri aparılıb. Təlimdə SOCAR, BP və digər şirkətlərin nümayəndələri, eləcə də bir sıra ali təhsil ocaqlarından professor və tələbələr iştirak edib.