Futbol matçında iğtişaş - 42 nəfər həbs olundu


İdman 15 Noy 2018 11:27:00 290 0

Futbol matçında iğtişaş  - 42 nəfər həbs olundu

Futbol üzrə Əlcəzair çempionatında XIII turun “Əlcəzair” – “Bel-Abbes” oyunu tribunalarda kütləvi iğtişaşlarla yekunlaşıb.

Goal.az “France Presse” agentliyinə istinadən xəbər verir ki, matçın qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatması meydan sahiblərinin azarkeşlərinin narazılığına səbəb olub. Fanatlar oturacaqları qopararaq meydana atıblar. İştişaşlar zamanı 18 polis əməkdaşı xəsarət alıb. Həmçinin soyuq silah gəzdirmə, narkotik və psixotrop maddələrin saxlanılması ittihamı ilə 42 azarkeş həbs olunub.

Bununla yanaşı, polislərin vəzifə səlahiyyətlərini aşması ilə bağlı cinayət işi açılıb. 

Hadisə nəticəsində 40-dan çox azarkeşin də xəsarət aldığı bildirilir.