“AzerGold” QSC “Caspian Ecology 2018” sərgisində iştirak edib (FOTO)


Digərləri 15 Noy 2018 11:20:18 245 0

“AzerGold” QSC “Caspian Ecology 2018” sərgisində iştirak edib (FOTO)

“AzerGold” QSC 14-16 noyabr tarixlərində keçirilən 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit “Caspian Ecology 2018” sərgisində iştirak edib.

Bakı. “AzerGold” QSC 14-16 noyabr tarixlərində keçirilən 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit “Caspian Ecology 2018” sərgisində iştirak edib. QSC-dən Trend-ə verilən məlumata görə, ekologiya və ətraf mühitin mühafizəsi sahəsində həm Xəzər, həm də Qafqaz regionu üçün mühüm olan bu tədbirə qatılaraq cəmiyyət qısa müddət ərzində əldə edilən uğurları ilə ictimaiyyətlə bölüşüb. Həmçinin, cəmiyyətin əsas dəyərlərindən biri olan ekoloji siyasət və korporativ sosial məsuliyyət çərçivəsində həyata keçirilən ekoloji tədbirlər və sosial layihələr haqqında geniş məlumat verilib.