Anar Bağırov: Azərbaycanda vəkillərin sayı hazırda 1500 nəfərdən çoxdur


Digərləri 15 Noy 2018 11:16:00 232 0

Anar Bağırov: Azərbaycanda vəkillərin sayı hazırda 1500 nəfərdən çoxdur

Son müddət ərzində vəkillərin sayı 1500 nəfərdən çox olub.

Bakı. Samir Əli - Azərbaycanda vəkillərin sayı hazırda 1500 nəfərdən çoxdur. Trend-in məlumatına görə, bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib. Onun sözlərinə görə, artıq vəkillər sırasında gənclərin sayı artmaqdadır: "Biz 535 nəfəri vəkilliyə qəbul etmişik. Bunların əksəriyyəti 40 yaşına qədər olan gənclərdir. Biz sevinirik ki, cavanlar vəkilliyə üz tutur. Məhkəmələrdə, dövlət qurumlarında, polis və prokurorluqda işləyən hüquqşünaslar vəkilliyə üz tuturlar. Təbii ki, vəkillərin sayı daha da artacaq".