Britaniya Şurasının rəhbəri Bakı Ali Neft Məktəbində


Digərləri 15 Noy 2018 10:55:00 256 0

Britaniya Şurasının rəhbəri Bakı Ali Neft Məktəbində

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Britaniya Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Samr Şah ilə görüşüb.

Son.az xəbər verir ki, görüşdə, həmçinin Britaniya Şurasının İngilis dili və təhsil proqramları üzrə meneceri Nərgiz Hüseynova, İmtahan xidmətləri üzrə menecer Nərgiz Əkbərova və BANM-ın əməkdaşları iştirak Qonaqları Ali Məktəbdə salamlayan rektor Elmar Qasımov Azərbaycanda ingilis dilinin tədrisi və inkişafında Britaniya Şurasının böyük rolu olduğunu bildirib. BANM-da tədrisin ingiliscə olduğunu vurğulayan rektor Ali Məktəbin ilk illərindən Britaniya Şurası ilə İELTS imtahanlarının təşkil olunması istiqamətində əməkdaşlıq etdiyini bildirib. BANM-da qonaq olmaqdan məmnunluq hissi keçirdiyini bildirən Samr Şah Ali Məktəb və onun tələbələri haqqında çox müsbət fikirlər eşitdiyini bildirib.