İdmançıların avtobusu aşdı:


Dünya 15 Noy 2018 10:34:00 253 0

İdmançıların avtobusu aşdı:

İranın Fars vilayətində qadın karateçiləri aparan avtobusun aşması nəticəsində 16 nəfər yaralanıb

.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Fars vilayəti Tibbi Hadisələr və Halların idarə edilməsi idarəsinin direktoru Məhəmməd Cavad Muradian deyib.

Onun sözlərinə görə, hadisə ötən gecə Fars vilayətinin Xürrəmbid rayonu ərazisində baş verib.