Xarici İşlər Nazirliyinin həbs edilən əməkdaşlarının cinayət işi məhkəməyə göndərilib


Digərləri 15 Noy 2018 10:05:00 227 0

Xarici İşlər Nazirliyinin həbs edilən əməkdaşlarının cinayət işi məhkəməyə göndərilib

Azərbaycana gələn əcnəbilərin viza rəsmiləşdirilməsi zamanı xidməti vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunla müəyyən edilmiş ödəmələrdən artıq məbləğdə pul almış Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq idarəsinin Beynəlxalq Hava Limanındakı Viza şöbəsinin 3-cü katibi Elton Xəlilli və nazirliyin digər əməkdaşı Anar Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az report-a istinadən bildirir ki, cinayət işi baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Tərlan Əkbərovun icraatına verilib.

Məhkəmənin vaxtı hələ ki, açıqlanmayıb.