Kaliforniyada ölənlərin sayı 58 nəfərə çatdı


Dünya 15 Noy 2018 09:34:00 221 0

Kaliforniyada ölənlərin sayı 58 nəfərə çatdı

ABŞ-ın Kaliforniya ştatının Byutt dairəsində təbiət yanğınları qurbanlarınn sayı 50 nəfərdən 58 nəfərə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə günü dairə şerifi Kori Honea mətbuat konfransında deyib.

"Bu gün daha 8 nəfərin qalıqları aşkar edilib", - o bildirib.

Şerifin sözlərinə görə, ölənlərin hamısı əməli olaraq yanğın tərəfindən məhv olan Paradays şəhərindəki evlərində tapılıblar.