Gövhər Baxşəliyeva: Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
Digərləri 15 Noy 2018 09:28:00 257 0
Ziya Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə”, “Azərbaycan Atabəylər dövləti” kitablarının milli şüurun inkişafında oynadığı rolu hansı pul ekvivalenti ilə ölçmək olar?!
Bakı. Elçin Mehdiyev -
Azərbaycanın maliyyə sistemi çox dəqiq, sərrast qurulub, saat mexanizmi kimi işləyir, yerində durmur, daim inkişaf edir, dünyada mövcud təcrübəni daim izləyir, müsbət meylləri dərhal mənimsəyirlər. 2019-cu ilin dövlət büdcəsi sosial yönümlü, investisiya yönümlü olaraq ölkəmizin və xalqımızın yeni mərhələdə hərtərəfli inkişafını təmin edəcək
Trend-in məlumatına görə, Mili Məclisdə 2019-cu ilin dövlət büdcəsinin
müzakirələrində millət vəkili, AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva çıxışı zamanı deyib.
Akedemik elmə ayrılan xərclərə toxunaraq deyib ki, növbəti ildə elm xərclərinə 133,5 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2018-ci illə müqayisədə 5,3 milyon manat və ya 4,2 faiz çoxdur: "Həmin xərclər fundamental elmi tədqiqatlarla məşğul olan təşkilatların idarə edilməsi, konkret praktiki məqsədlərə nail olmaq üçün yeni biliklərin əldə edilməsi, istifadəsi, qurğuların yaradılması, yeni proseslərin, sistemlərin və xidmətlərin tətbiqi və təkmilləşdirilməsi, qeyri-dövlət elmi tədqiqat təşkilatları tərəfindən həyata keçirilən fundamental tədqiqatlara yardım üzrə xərclərin maliyyələşdirilməsinə yönəldiləcək. 2019-cu ildə elm xərcləri üzrə proqram və tədbirlərin həyata keçirilməsi üçün 1,3 milyon manat vəsait nəzərdə tutulub. Konkret Elmlər Akademiyası üçün 88 mln. 670 min 98 AZN nəzərdə tutulub".
Mənbə: az.trend.az