Xanəndə Təhmiraz Şirinovun yubiley gecəsi keçirilib FOTO


Digərləri 15 Noy 2018 08:33:00 1497 0

Xanəndə Təhmiraz Şirinovun yubiley gecəsi keçirilib  FOTO

Beynəlxalq Muğam Mərkəzində Əməkdar artist, xanəndə Təhmiraz Şirinovun anadan olmasının 70 illiyi və yaradıcılığının 50 illiyi qeyd olunub.

Tədbir Azərbaycan Televiziyası "Mədəniyyət" kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində həyata keçirilmişdi. Yubiley gecəsində tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak etdilər.

Gecənin əvvəlində Təhmiraz Şirinovun ifasında mahnılardan ibarət videoçarx nümayiş olundu.

Sonra tədbirin aparıcısı, pedaqoji elmlər doktoru Vidadi Xəlilov yubilyarın həyat yolundan, Azərbaycan xanəndəlik məktəbinə verdiyi töhfələrdən danışdı.

Tədbirdə xalq artistləri Canəli Əkbərov, Ramiz Quliyev, Möhlət Müslümov, S.Hacıbəyov adına Sumqayıt Musiqi Kollecinin direktoru Ramis Quliyev çıxış edərək Təhmiraz Şirinovun sənət yolu haqqında söylədilər.

Gecənin musiqi hissəsi Xalq artisti Adil Bağırovun rəhbərliyi altında Ə.Dadaşov adına "Xatirə" xalq çalğı alətləri ansamblının müşayiətilə, Xalq artistləri Nəzakət Teymurova, Zümrüd Məmmədova, Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Əməkdar artistlər Gülüstan Əliyeva, Ehtiram Hüseynov və Zakir Əliyevin ifasında keçdi.


Xəbərə aid fotolar