Ronaldu 15 dəqiqəyə şəraba 31 min avro xərclədi


Digərləri 15 Noy 2018 08:13:00 241 0

Ronaldu 15 dəqiqəyə şəraba 31 min avro xərclədi

"Yuventus"un hücumçusu Kriştianu Ronaldu növbəti dəfə bədxərcliyi ilə diqqət mərkəzinə düşüb.

Son.az qol.az-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu xanımı Corcina və oğlu ilə birlikdə Londona səfər edib.

Yerli otellərdən birində məskunlaşan ailənin bir gecə üçün ödədiyi məbləğ 10 min avrodan çox olub. Restoranda isə Ronaldu, cəmi 15 dəqiqə ərzində şərab üçün 31 min avrodan çox xərc çəkib. Onlar əvvəlcə qiyməti 20 min avro dəyərində olan dünyanın ən bahalı şərabını sifariş ediblər. Daha sonra isə 10 min avroluq başqa bir şərabın dadına baxıblar.

(adsgarden = window.adsgarden || []).push({});