Aİ və Britaniya İrlandiya sərhədi barədə razılığa gəlib


Dünya 15 Noy 2018 08:02:00 261 0

Aİ və Britaniya İrlandiya sərhədi barədə razılığa gəlib

Avropa İttifaqı (Aİ) və Böyük Britaniya "Brexit" saziş layihəsi çərçivəsində, Şimali İrlandiya ilə "sərt sərhəd"in ortaya çıxmasından və "Brexit"in keçid dövründən yayınmağa imkan verən bir həll yolu barədə razılığa gəlib.

Son.az "Report"a istinadən bildirir ki, bunu çərşənbə günü Avropa Komissiyasının baş müzakirəçisi Mişel Barnye deyib.

"Bu razılaşma sözügedən danışıqların başa çatmasında həlledici bir addım, nizamlı çıxış istiqamətində böyük bir irəliləyişdir, lakin əlbəttə ki, hələ çox işlər görülməlidir", - deyə Barnye Brüsseldə jurnalistlərə bildirib.