“Təbriz niyə Tehranı deyil, Yaponiyanı dəstəklədi?”


Digərləri 15 Noy 2018 07:11:00 233 0

“Təbriz niyə Tehranı deyil, Yaponiyanı dəstəklədi?”

Asiya Çempionlar Liqasının 2018 mövsümü Kaşima Antlersin çempionluğu ilə sona çatdı, amma geriyə İran mediasının gündəmini məşğul edən bir sual qalıb - "Traktor Sazi tərəfdaları nədən İranın deyil, Yaponiyanın nümayəndəsini dəstəklədilər?"

Asiya Çempionlar Liqasının final oyunu noyabrın 10-da Tehranda Yaponiyanın nümayəndəsi Kaşima Antlersin Tehranın Perspolis komandası üzərində qələbəsi ilə tamamlandı.

Təbriz stadionunda 10 minlərlə türk azarkeş Perspolis əleyhinə şüarlar səsləndirərək "Yaşasın Kaşima" deyiblər. Final oyunundan bir gün öncə, İran mediası və sosial şəbəkələrdə yayılan xəbərlər və görüntülərə əsasən, Təbrizdə Traktorsazi və Zobahən komandaları arasında keçirilən matç zamanı "10 minlərlə türk azarkeş Perspolis əleyhinə şüarlar səsləndirərək 'Yaşasın Kaşima' deyiblər."

"Təbriz Stadionunda öncə bir neçə azarkeş yapon komandaya dəstək bildirib, sonra Perspolis əleyhinə şüar verməyə başladılar. Amma bir neçə dəqiqə sonra stadionun tamamı, yəni 40 mindən artıq azarkeş Kaşimanın lehinə və Perspolisin əleyhinə şüarlar səsləndirdilər," Mashregh News dərc edib.

Traktorsazi klubunun sahibi Məhəmməd Rza Zunuzi bu barədə "Varzesh 3" internet portalının suallarını cavablandırıb.

(adsgarden = window.adsgarden || []).push({});