Gənclərdə yüksək təzyiq ürəkdamar xəstəlikləri riskini artırır


Digərləri 14 Noy 2018 23:51:00 270 0

Gənclərdə yüksək təzyiq ürəkdamar xəstəlikləri riskini artırır

Yüksək təzyiq və ürək-damar xəstəliklərinin bir-biri ilə əlaqəli olduğu heç kimə sirr deyil. Lakin gənclərdə yüksək təzyiq müşahidə olunduqda ürək-damar xəstəliklərinin yaranma riski artır. Bu nəticəyə Dyukan Universitetinin mütəxəssisləri apardıqları araşdırmanın sonunda gəliblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, amerikalı alimlər normal təzyiqi 120/80 olaraq müəyyən edirlər. Göstərici 120-129/ən azı 80 olduqda isə bu artıq yüksək təzyiq hesab olunur. I dərəcəli hipertoniyada qan təzyiqi 130-139/80-89, II dərəcədə isə 140/90 və daha yüksəkdir. Bu istiqamətdə aparılan araşdırmalarda 40 yaşa qədər 4800-dən çox insanın qan təzyiqi ölçülüb.