5 qardaş birləşib "Lamborghini" istehsal etdi VİDEO FOTO


Digərləri 14 Noy 2018 23:58:00 276 0

5 qardaş birləşib "Lamborghini" istehsal etdi  VİDEO  FOTO

İraqın Süleymaniyyə şəhərinin Ranya rayonundakı emalatxanada işləyən beş qardaş dünyanın ən lüks avtomobillərinin oxşarını istehsal edir.

Son.az "ölkə.az"-a istinadən xəbər verir ki, emalatxananın sahibi Kamal Səlim bu işə 2010-cu ildən başladıqlarını bildirib. Qardaşlar əsasən "Lamborghini" üslublu avtomobillərə üstünlük verirlər.

"İndiyə qədər 7 avtomobilin oxşarını hazırladıq. Ən əsas işimiz 40 min dollara "Lamborghini" istehsal etmək olub", - deyə Kamal qeyd edib.

Qardaşlar mühərrik, sürətlər qutusu və təkər kimi bəzi vacib ehtiyat hissələrindən başqa digər detalları öz imkanları hesabına istehsal edirlər. Səlim bildirib ki, 7 ay ərzində bir avtomobili hazırlamaq mümkündür:

"Maşınların tərzi bir-birindən fərqlidir. Daha çox idman və lüks üslublu maşınlara üstünlük veriri. Adi avtomobili 3 aya hazırlamaq olar. "Lamborghini" kimi maşınların dizaynı isə çətin olduğu üçün 1 ilə qədər vaxt aparır".


Xəbərə aid fotolar