Cənubi Koreya kəşfiyyatı: KXDR nüvəraket tədqiqatını davam etdirir


Dünya 14 Noy 2018 23:33:00 230 0

Cənubi Koreya kəşfiyyatı: KXDR nüvəraket tədqiqatını davam etdirir

KXDR Kim Çen Inla ABŞ Prezidenti Donald Tramp arasında keçirilən sammitdən sonra da nüvə-raket tədqiqatını davam etdirir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Cənubi Koreyanın Milli Kəşfiyyat Xidmətinin nümayəndələri parlament deputatları üçün təşkil olunan qapalı brifinqdə bildiriblər. Onların məlumatına əsasən, Pxenyan hazırda nüvə başlıqlarının ölçüsünün azaldılması istiqamətində işlər aparır.

Deputatlardan birinin sözlərinə görə, Cənubi Koreyanın xüsusi xidmət orqanları KXDR-in raket obyektlərinin aktivliyini diqqətlə izləsə də, qeyri-adi bir şey hiss etməyiblər. O, həmçinin Seul və Vaşinqtonun Şimali Koreyanın nüvə-raket fəaliyyəti ilə bağlı normal kəşfiyyat mübadiləsi apardığını bildirib.