Ürək üçün ən təhlükəli məhsul hansıdır?


Digərləri 14 Noy 2018 23:36:00 243 0

Ürək üçün ən təhlükəli məhsul hansıdır?

Arterial hipertoniyanın araşdırması ilə məşğul olan Rusiya alimləri sübut edir ki, ürək və damarlar üçün ən ziyanlı məhsul duzdur.

Ekspertlərin sözlərinə görə, duzun gün ərzində 5 qr-dan artıq qəbulu ürəyin sağlamlığına çox mənfi təsir edir, ürək-damar sistemi xəstəliklərinin riskini bir neçə dəfə artırır.

Son.az saglamolun.az-a istinadən bildirir ki, rus mütəxəssislərinin müşahidələrinə görə, müasir insanlar hər gün orta hesabla 20 qr (!) duz istehlak edir. Bura yeməklərə əlavə olunan və həmçinin "gizli duz" aiddir. "Gizli duz" dedikdə hazır məhsulların (çörək, sosis-kolbasa, müxtəlif souslar, çipsi, suxari, hətta şirniyyatlar və s.) tərkibində olan duz nəzərdə tutulur.